Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İltifat Hacıyev adına Tərəqqi Texniki Humanitar Liseyində şəhid Elçin Kərimbəylinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbir şəhidin əziz xatirəsini yad etmək, onun göstərdiyi qəhrəmanlığı gənc nəslə tanıtmaq və şagirdlər arasında vətənpərvərlik ruhunu aşılamaq məqsədilə təşkil olunub.
Anım mərasimində məktəbin müəllim və şagird kollektivi, şəhidin yaxınları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. pizza sifarişi
Çıxış edənlər Elçin Kərimbəylinin Vətən uğrunda göstərdiyi şücaətdən danışaraq, onun qəhrəmanlıq yolunun gənclər üçün örnək olduğunu bildiriblər. Tədbir zamanı şəhidin həyat və döyüş yolundan bəhs olunub, xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, Elçin Kərimbəyli 4 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. Məktəb illərində vətənpərvərliyi və nümunəvi davranışı ilə seçilən Elçin Kərimbəyli 20 aprel 2011-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onun xatirəsi bu gün də böyük ehtiramla anılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.