AZ

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur

Bu
Bu gün Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur. 1news.az xəbər verir ki, Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır.
Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir. Bu gün ölkənin bütün məscidlərində bayram namazı qılınacaq. Bayram namazı Bakıda Əjdərbəy məscidində saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq. Bayramla əlaqədar olaraq bu gün və sabah qurban kəsmək mümkündür. Qurban kəsimləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakıda və ətraf ərazilərdə, eləcə də regionlarda müəyyən etdiyi xüsusi məkanlarda şəriət qaydalarına uyğun şəkildə, Qafqaz Müsəlmanları İdarəsinin din xadimlərinin nəzarəti ilə həyata keçiriləcək. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanununa əsasən, Qurban bayramı ölkədə dövlət səviyyəsində qeyd olunur. Nazirlər Kabinetinin qərarına əsasən, bu il mayın 27 və 28-i Qurban bayramı günləri kimi müəyyən edilib.

Beləliklə, Azərbaycanda iki gün ardıcıl olaraq Qurban bayramı qeyd olunacaq.

Seçilən
24
25
1news.az

10Mənbələr