AZ

DSX və DİN-dən İranla sərhəddə birgə əməliyyat:KÜLLİ MİQDARDA NARKOTİK ƏLƏ KEÇDİ

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Senzor.az bildirir ki, bu barədə DSX-nın Mətbuat Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, mayın 23-də Xidmətin Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində DSX və DİN əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2 890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Seçilən
2
23
senzor.az

10Mənbələr