AZ

İranda partlayış səsləri eşidildi - VİDEO

İranın Bəndər-Abbas şəhərində ardıcıl olaraq 3 partlayış səsi eşidilib. Məlumata görə, partlayışlar hava limanı ətrafında qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə SEPAH-a yaxın “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, şəhərdə qısa fasilələrlə baş verən partlayış səsləri əhali arasında narahatlıq yaradıb. Hadisənin səbəbi və mümkün nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.

 

Musavat.com

Seçilən
72
47
musavat.com

10Mənbələr