Bakı, 25 may, AZƏRTAC
Afrika bizim xarici siyasətimizdə yeni bir istiqamət olsa da, bu, xarici siyasətimizin ən vacib istiqamətlərindən birinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika üzrə Baş İdarəsinin rəisi Elməddin Mehdiyev Bakıda keçirilən “Afrika Günü”nə həsr olunmuş beynəlxalq konfransın bağlanış nitqində söyləyib.
O bildirib ki, bu, Azərbaycan tərəfinin Afrikanın dövlətləri ilə münasibətləri dərinləşdirmək və daha da irəli aparmaq üçün güclü bir öhdəliyindən irəli gəlir. Bu öhdəlik Prezident İlham Əliyevin strateji baxışından qaynaqlanır. Bu baxış isə Afrika liderləri tərəfindən də bölüşülür.