AZ

Yazıçı Zərifə Zərrinin kitabları oxucularına TƏQDİM olundu - FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Zərifə Zərrin kitablarının təqdimatını keçirib.

Bizim.Media xəbər verir ki, məşhur şair Musa Yaqubun tələbəsi olan Zərifə Zərrin 5 kitab müəllifidir. Onun indiyədək “İki qəlbin harayı”, “Sənsiz səninlə”, “Söylə hardasan”, “Sevgi yarı qalanda”, “Bir qayığam tufanların içində” kitabları nəşr edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Türk dünyası Bakıda - Macarıstanla Kipr ədəbiyyatı BİR ARADA - FOTO


“Musa Yaqub məni “ştatdan kənar müxbirim” adlandırırdı. Mənim ilk şeirlərim də elə onun “Zəhmətkeş” qəzetində dərc edilmişdi. Yazıçı kimi qələmimin möhkəmlənməsində onun əvəzsiz rolu var”, - deyə o bildirib.

Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.




Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
4
27
bizim.media

10Mənbələr