Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının birgə keçirdikləri kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
SİA xəbər verir ki, bu barədə DSX-nin və DİN-in birgə məlumatında bildirilib.
Qeyd olunub ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.