"Qarabağ" İsveçin "Yurqorden klubundan Zakira Savonu transfer edib.Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən "Yurqorden"də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə "Olimpik", "Rosenqard", "Oskarşamns AIK", Norveçdə "Start", Kiprdə "Aris"də çıxış edib.