AZ

“Qarabağ” növbəti transferini rəsmiləşdirib

“Qarabağ” İsveçin “Yurqorden” klubundan Zakira Savonu transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb.

Futbolçu 2025-ci ildən “Yurqorden”də çıxış edib, 2026-cı ildə isə icarə əsasında Kipr təmsilçisi AEL-in formasını geyinib. O, karyerası ərzində İsveçdə “Olimpik”, “Rosenqard”, “Oskarşamns AIK”, Norveçdə “Start”, Kiprdə isə “Aris” klublarında çıxış edib.

Qeyd edək ki, Savo yay transfer pəncərəsində “Qarabağ”a qoşulan ikinci futbolçudur. Ağdam təmsilçisi daha əvvəl Jali Mauddibin transferini də rəsmiləşdirmişdi.

Seçilən
4
11
90deqiqe.az

10Mənbələr