...Alfa Romeo, brendin Maserati ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Bottega Fuoriserie layihəsinin bir hissəsi olaraq yeni eksklüziv avtomobilin hazırlandığını elan edib. Bu, varlı kolleksiyaçılar üçün ultra-məhdud bir modeldir və Alfa Romeo 33 Stradale və Maserati MCXtrema ruhuna uyğun olaraq davam etdirilməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Motor1 yazır.Şirkət “sərhədləri aşan emosional avtomobil” vəd edir, lakin detallar hazırda gizli saxlanılır. İtaliya mediasının məlumatına görə, yeni model Maserati MC20 Cielo əsasında əfsanəvi Spider Duetto-nun müasir təfsiri ola bilər.
Layihə İtaliyada kiçik tirajlarla avtomobillərin hazırlanmasını və istehsalını əhatə edir.
Modelin milyonlarla dollara başa gələcəyi gözlənilir. Eyni zamanda, Alfa Romeo daha çox kütləvi bazar üçün yeni modellər hazırlayır.
Brend Tonale-i əvəz etmək əvəzinə, onu tamamlayacaq yeni kompakt krossover üzərində işləyir.
Stellantis brendin populyar SUV seqmentindəki mövqeyini gücləndirməyə ümid edir.
Bu arada, əsas Giulia və Stelvio modellərinin yeniləmələri yenidən təxirə salınır. Növbəti nəsil avtomobillərin əvvəlcə tamamilə elektrikli olması planlaşdırılırdı, lakin Alfa Romeo 2027-ci ilə qədər tamamilə elektrikli nəqliyyat vasitələrinə keçmək planından imtina etdi.
İndi mühəndislər benzin mühərrikləri üçün yeni platformaları uyğunlaşdırmalı olurlar ki, bu da əlavə vaxt tələb edir.
Nazlı Almuradova