Bakıda tıxaclar AZALDILACAQ - YENİ ÜSUL
Ajans.az xəbər verir ki, bu yanaşma "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda da əksini tapıb. Sənəddə nəqliyyatı intellektual idarəetmə sisteminin inkişaf etdirilməsi, proqram təminatının yenilənməsi və yeni avadanlıqların quraşdırılması nəzərdə tutulur. Başqa sözlə, işıqforlar əvvəlcədən qurulan sabit vaxtla deyil, yoldakı real vəziyyətə uyğun işləyəcək. Hansı istiqamətdə sıxlıq daha çoxdursa, sistem həmin axını nəzərə alaraq hərəkəti daha çevik tənzimləyəcək.