AZ

Əşrəf Hakimi və Usman Dembele UEFA Çempionlar Liqasının finalında oynamaya bilər

Fransanın PSJ klubunun müdafiəçisi Əşrəf Hakimi və hücumçu Usman Dembele UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı keçiriləcək final matçında oynamaya bilər.

Azreform.info xəbər verir ki, Hakiminin tezliklə komandanın məşqlərinə qayıdacağı gözlənilsə də, onun mayın 30-da baş tutacaq həlledici görüşə tam hazır olmayacağı ehtimal edilir.

Fransa klubunun digər futbolçusu Usman Dembele isə baldır əzələsindən aldığı zədədən sonra fərdi proqram üzrə hazırlıqlarını davam etdirir. Mayın 26-da komandanın ümumi məşqlərinə qoşulmasa, Dembelenin həlledici oyuna hazırlığı sual altına düşəcək.

Qeyd edək ki, Ə.Hakimi aprelin 28-də UEFA Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya (Almaniya) qarşı keçirilən ilk matçda (5:4) budundan zədə alıb.

Seçilən
1
3
azreform.info

4Mənbələr