AZ

İddialı səhnə geyimləri gündəm oldu - VİDEO

Xalq artisti Aygün Kazımova yenə fərqli səhnə obrazları ilə diqqət mərkəzinə düşüb.

"Cebheinfo.az" xəbər verir ki, Pop kraliça sosial şəbəkə hesabında paylaşdığı videolarda bir-birindən iddialı geyimləri ilə izləyicilərinin marağına səbəb olub.

Sənətçi ilk görüntüdə ağ rəngli, bədən quruluşunu vurğulayan libası və xüsusi aksesuarları ilə kamera qarşısına keçib. Digər paylaşımında isə parıltılı və qeyri-adi dizayna malik mini geyimi ilə diqqət çəkən Kazımova səhnə enerjisi ilə seçilib.

Pop divanın qara-ağ nöqtəli obrazı isə sosial şəbəkələrdə ən çox müzakirə olunan stillərdən biri olub.

İzləyicilər sənətçinin fərqli imiclərini “cəzarətli”, “dəbli” və “Aygünə xas” kimi şərh ediblər. 

https://www.instagram.com/reel/DYuKxAmgR_n/?utm_source=ig_web_copy_link&igsh=NTc4MTIwNjQ2YQ==

"Cebheinfo.az"

Seçilən
1
5
cebheinfo.az

6Mənbələr