Xalq artisti Aygün Kazımova yenə fərqli səhnə obrazları ilə diqqət mərkəzinə düşüb.
News365.az xəbər verir ki, Pop kraliça sosial şəbəkə hesabında paylaşdığı videolarda bir-birindən iddialı geyimləri ilə izləyicilərinin marağına səbəb olub.
Sənətçi ilk görüntüdə ağ rəngli, bədən quruluşunu vurğulayan libası və xüsusi aksesuarları ilə kamera qarşısına keçib. Digər paylaşımında isə parıltılı və qeyri-adi dizayna malik mini geyimi ilə diqqət çəkən Kazımova səhnə enerjisi ilə seçilib.
Pop divanın qara-ağ nöqtəli obrazı isə sosial şəbəkələrdə ən çox müzakirə olunan stillərdən biri olub.
İzləyicilər sənətçinin fərqli imiclərini “cəzarətli”, “dəbli” və “Aygünə xas” kimi şərh ediblər.