AZ

Azərbaycan Premyer Liqasının səviyyəsini bəyənirəm, limitin ləğvindən sonra maraq da artıb

ain.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Sumqayıt"ın serbiyalı yarımmüdafiəçisi Nikola Ninkoviç Sportal.az saytına açıqlama verib.

O, komandasının Misli Premyer Liqasının 33-cü turunun “Qarabağ”a qarşı (3:4) keçirilmiş görüşü haqda danışıb: 

"Çox yaxşı və maraqlı oyun alındı. Mövsümün son oyununda heç kimin zədələnməməsi daha vacib idi. Hər şey yaxşı keçdi. Mövsümə yaxşı başlamışdıq, amma qış fasiləsindən sonra geriləmə yaşadıq. Amma sona yaxın yenidən toparlandıq. Bizim üçün qarışıq mövsüm oldu".

Serb futbolçu komandada qalıb-qalmayacağı haqda verilən suala isə bu cür cavablandırıb: "Komandadakı gələcəyimlə bağlı məsələyə gəldikdə isə, klub rəhbərliyi ilə görüşüm olmalıdır. Azərbaycan çempionatının səviyyəsini bəyənirəm. Limitin ləğvi turnirin səviyyəsini və marağını artırıb".

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
sportal.az

2Mənbələr