Türkiyədə ana müxalifət partiyası olan CHP-də qarşıdurma böyüyür.
Məhkəmənin partiyanın qurultayı barədə “mütləq etibarsızlıq” 3qərarından sonra partiynın nümayəndə heyəti ilə Daxili İşlər Nazirliyi arasında keçirilən görüşdə maraqlı hadisələr baş verib.
“Cebheinfo.az” xəbər verir ki, onlarla polis məmuru CHP qərargahında əvvəlcə bağçaya, sonra isə binanın özünə daxil olaraq, postunu Kamal Kılıçdaroğluna təhvil verməyəcəyini deyən Özgür Özəlin qərargahdan çıxarılma prosesini həyata keçirmək üçün gözyaşartıcı qazdan istifadə ediblər. Binadakı insanlar qazdan təsirlənib və bəzi partiya üzvlərinin qapıları stullarla bağlamağa çalışıb.
Polis CHP qurultayı işi ilə bağlı Ankara Regional Apelyasiya Məhkəməsinin "mütləq etibarsızlıq" qərarını elan etmək və Ö.Özəli CHP qərargahını çıxarmaq üçün partiya binasına daxil olub.
Polis qrupları dəmir darvazanı sındıraraq içəri girərkən, partiya üzvləri su və şüşə butulkalar atıblar və polis gözyaşartıcı qazdan istifadə edib. CHP rəhbərliyi hadisəni "zorla ələ keçirməyə cəhd" kimi xarakterizə edib, Kamal Kılıçdaroğlunun düşərgəsi isə məhkəmə qərarının icrasını tələb edib.
Polis qrupları səhər saatlarında partiya üzvləri ilə danışıqlara başlayıblar. Qərargahın bağçasında CHP millət vəkili Murat Emir və digərləri ilə danışdıqdan sonra polis qrupları binaya girməyə hazırlaşmadan əvvəl bir müddət gözləyiblər.
Özgül Özəl 12-ci mərtəbədəki xidməti otağının qapısını kilidləyərək heç kəsi içəri buraxmayacağını və binadan çıxmayacağını elan edib.