AZ

İtaliya A Seriyasının keçmiş futbolçusu qəzaya düşüb: Vəziyyəti kritikdir

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Danimarkanın "Kopenhagen" və bir sıra İtaliya klublarının sabiq müdafiəçisi Marios Oikonomu yol-nəqliyyat hadisəsindən sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib

Oxu.Az "Protothema" nəşrinə istinadən xəbər verir ki, hadisə şənbə günü Yunanıstanın Yanina şəhərində baş verib.

Oikonomunun idarə etdiyi motosiklet hələlik müəyyən edilməmiş şəraitdə minik avtomobili ilə toqquşub. Qeyd olunur ki, keçmiş müdafiəçi baş nahiyəsindən ağır xəsarətlər alıb.

Yunanıstanlı futbolçu təcili əməliyyat olunub və hazırda neyrocərrahların nəzarəti altında intensiv terapiya şöbəsindədir, onun vəziyyəti kritik olaraq qiymətləndirilir.

Oikonomunun 33 yaşı var, o, 2020-2023-cü illərdə çıxış etdiyi "Kopenhagen"in heyətində Danimarka çempionu olub. Sabiq futbolçu, həmçinin İtaliyanın "Kalyari", "Bolonya", "Sampdoriya", Yunanıstanın AEK və "Panetolikos" klublarında oynayıb.

Oikonomu peşəkar karyerasını 2024-cü ilin iyulunda başa vurub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
2
cebheinfo.az

3Mənbələr