AZ

ABŞ-İran danışıqlarının növbəti raundu bu tarixdə keçiriləcək

Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu iyunun 5-də keçirilə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Al Hadath" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ və İran arasında münaqişənin tənzimlənməsinə dair ilkin razılaşma qarşılıqlı anlaşma memorandumunu ehtiva edir. Memorandumun imzalanmasından sonra isə "yekun məsələlər üzrə danışıqlar" aparılacaq.

Mənbələrin bildirdiyinə görə, İran və ABŞ arasında əldə oluna biləcək ilkin razılaşma "İslamabad Bəyannaməsi" adlandırılacaq.

Seçilən
23
5
publika.az

6Mənbələr