AZ

ABŞ bu raketlərin Yaponiyaya çatdırılmasını DAYANDIRDI

ABŞ Yaponiyaya yüzlərlə "Tomahawk" qanadlı raketinin çatdırılmasını qeyri-müəyyən müddətə dayandırıb.

Redaktor.az "The Financial Times" qəzetinə istinadən xəbər verir ki, səbəb İrana qarşı hərbi əməliyyatlar nəticəsində ABŞ ordusunda bu raketlərin kəskin çatışmazlığıdır.

Mənbələr bildirib ki, ABŞ-nin müdafiə naziri Pit Heqset may ayının əvvəlində telefon danışığı zamanı Yaponiyanın müdafiə naziri Şinjiro Koizumiyə çatdırılmaların dayandırılması barədə məlumat verib.

"ABŞ administrasiyasının yüksək vəzifəli rəsmilərinin Asiyaya prioritet vermək barədə dəfələrlə verdiyi vədlərə baxmayaraq, Pentaqon indi Yaxın Şərqə prioritet verir", - deyə Amerika Müəssisə İnstitutunun Asiya təhlükəsizlik üzrə eksperti Zak Kuper nəşrə bildirib.

O əlavə edib ki, "sursat istehsalının uzun vaxt tələb etdiyi nəzərə alınmaqla, Asiya müttəfiqləri və tərəfdaşları İranla müharibənin təsirini müharibə bitdikdən sonra da uzun müddət hiss etməyə davam edəcəklər".

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, ABŞ əməliyyatdan əvvəlki 3100 "Tomahawk" qanadlı raketindən 1000-dən çoxunu istifadə edib.

Hava və Kosmik Qüvvələr Jurnalı bu baxımdan qeyd edib ki, Pentaqonun 2027-ci maliyyə ili üçün rekord müdafiə büdcəsi nəzərə alınsa belə, ABŞ-ın İrana qarşı əməliyyatda istifadə olunan sursatları bərpa etməsi illər çəkəcək.

Seçilən
6
6
redaktor.az

7Mənbələr