AZ

Bərdədə yol qəzasında xəsarət alan şəxsin son durumu açıqlandı - YENİLƏNDİ

Bu gün saat 06:00 radələrində Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 1993-cü il təvəllüdlü şəxs (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxansının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Moderator.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, pasiyentə ilkin olaraq qabırğaların çoxsaylı sınığı, qarnın küt travması, dodaq və ağız boşluğunun açıq yarası və qarın divarının əzilməsi diaqnozları təyin olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

***

09:02

Bərdə rayonunda bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, qəza hadisəsi rayonun Mehdixanlı kəndi ərazisində qeydə alınıb.

1993-cü il təvəllüdlü Həsənov Nadir Rəşid oğlu idarə etdiyi "VAZ-2107" markalı, 66-BG-465 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yolun kənarındakı su arxına düşüb.

Baş vermiş qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin — 1996-cı il təvəllüdlü Həsənova Pəri Mahir qızı isə aldığı xəsarətlərdən həlak olub.

Faktla bağlı araşdırma başlanıb.

Seçilən
17
moderator.az

1Mənbələr