AZ

ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər

ABŞ və İran arasında danışıqların növbəti raundu iyunun 5-də keçirilə bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonra münaqişənin tamamilə başa çatdırılması üçün yekun məsələlər üzrə danışıqlar aparılacaq.

Dəqiqləşdirilib ki, İran və ABŞ arasında ilkin razılaşma "İslamabad bəyannaməsi" adlanacaq. Mənbələrin məlumatına görə, danışıqlar prosesində əsas vasitəçi olan Pakistan memorandum barədə əsas tərəflərin iştirakı olmadan elan edə bilər. Yekun razılaşma üzrə danışıqlar başlayanda Vaşinqton və Tehran öz nümayəndə heyətlərinin rəhbərlərini göndərəcək.

"Cebheinfo.az"

Seçilən
8
5
cebheinfo.az

6Mənbələr