AZ

Konqoda Eboladan ölüm hallarının sayı 200 ü ötdü

Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan ehtimal olunan ölüm hallarının sayı 204-ə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Kommunikasiya və Media Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, KDR-in şərqindəki İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində 867 ehtimal olunan yoluxma halı qeydə alınıb. 10 ölüm halı və 91 yoluxma faktı laboratoriya şəraitində təsdiqlənib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl bu epidemiyanı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə hal elan etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
8
unikal.az

9Mənbələr