Misli Premyer Liqasının XXXIII turunda “Zirə”ni 3:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yubiley qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, komandanın Premyer Liqada 30-cu ev qələbəsi olub.
Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda “30”a çatıb. Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.
“Araz-Naxçıvan” ilk ev qələbəsini 2000/01 mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba “Şahdağ”ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.
“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ
Andrey Demçenko: “Layiqli qələbə qazandıq”
Rəşad Sadıqov: “Üç cəbhədə də sona qədər mübarizə apardıq”
Yığmamızın Türkiyə toplanışı üçün yekun heyəti müəyyənləşib
“Araz-Naxçıvan” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB