AZ

SAXAL "Hizbullah"ın tunelini məhv etdi

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı Dov dağı ərazisində "Hizbullah" hərəkatına məxsus 100 metr uzunluğunda və daxilində dörd möhkəmləndirilmiş və təchiz edilmiş bunker olan tuneli məhv edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, SAXAL qoşunları Dov dağı ərazisində atəşkəs razılaşmasına uyğun olaraq fəaliyyət göstərir. SAXAL əmin edib ki, İsrailin siyasi rəhbərliyinin göstərişlərinə uyğun hərəkət edərək, İsrailin mülki şəxslərinə və hərbi qulluqçularına qarşı təhdidlərin qarşısını almağa davam edəcək.

Seçilən
2
30
redaktor.az

10Mənbələr