AZ

Bina çöküb: 40 nəfər dağıntılar altında qalıb

Filippində tikilməkdə olan binanın çökməsi nəticəsində 40-a yaxın insan dağıntılar altında qalıb.

Bu barədə DZBB radiosu məlumat yayıb.

Hadisə bu gün paytaxtı Manilanın şimalında yerləşən Angeles şəhərində baş verib.

Hazırda xilasetmə işləri davam edir.

Regional Yanğından Mühafizə Bürosunun informasiya şöbəsinin əməkdaşı Maria Lia Sajili brifinqdə bildirib ki,indiyədək 24 nəfər xilas edilib, ölənlərlə bağlı məlumat daxil olmayıb.

Hadisənin səbəbi araşdırılır. Sənədlərə əsasən, bina doqquzmərtəbəli otel kimi layihələndirilib, lakin 10-cu mərtəbədə hovuz tikintisi aparılıb.

"Cebheinfo.az"

Seçilən
27
cebheinfo.az

1Mənbələr