AZ

Tramp Ərdoğanın adından elə şeylər yazdı ki… Ankaradan ETİRAZ

ain.az, Turkstan.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanla bağlı paylaşımını silib.

Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Paylaşımda Ərdoğana aid edilən sitatda Tramp “əsrlərdir gözlənilən lider” kimi təqdim olunmuşdu. Orada onun yalnız gücdən danışmadığı, həm də həmin gücü təcəssüm etdirdiyi qeyd edilmişdi.

Lakin rəsmi Ankara Ərdoğanın belə bir açıqlama vermədiyini ABŞ tərəfinə çatdırıb və paylaşımın silinməsini istəyib”, – deyə bildirilib.

Məlumata görə, müraciətdən sonra həmin paylaşım Trampın hesabından silinib. /globalinfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
7
icma.az

9Mənbələr