"Qarabağ" dünən 3 futbolçu ilə yollarını ayırması ilə bağlı xəbər yaydı. Ramil Şeydayev və Sami Mmaeenin gedişi gündəmdə idi, lakin Addainin ayrılıq xəbəri gözlənilməz oldu. Çünki "Qarabağ"ın belə bir niyyəti var idisə, onu qışda satmaqları daha doğru olardı.
Sportal.az saytı bu məsələ ilə bağlı "Qarabağ"ın İdarə Heyətinin üzvü Asif Əsgərova müraciət edib. Asif bəy Addainin gedişinə belə münasibət bildirib:
"Klublar adətən yayda müqaviləsi uzadılmayacaq futbolçuların 6 ay qabaqcadan satışından pul qazanmağa çalışırlar. Lakin bizim Addaini yanvarda satmağımız doğru olmazdı, ÇL-də vacib oyunlarımız var idi. Belə bir vaxtda komandanın əsas futbolçularından birini baş məşqçinin əlindən alıb satmağı rəhbərlik olaraq doğru saymadıq. Mövsümün sonunda isə onunla bağlı ümumi durumu götür-qoy edib yolları ayırmağı qərara aldıq".
saytlarin hazirlanmasi