AZ

Təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdilər

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri Geka Geladze ilə görüşüb.

"Ölkə.az" xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri və təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub.

Tərəflər həmçinin regionda mövcud təhlükəsizlik çağırışları və ümumi sabitliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Geka Geladze Gürcüstan və Azərbaycan təhlükəsizlik qurumları arasında mövcud sıx əməkdaşlığın vacibliyini vurğulayıb və bu tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə Geka Geladzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Seçilən
18
9
olke.az

10Mənbələr