AZ

Həkimi evdən uzaq tutan almanın görünməmiş faydaları

Qədim dövrlərdən bəri həm mifologiyada, həm də müqəddəs mətnlərdə şəfa və gözəllik rəmzi kimi vəsf olunan, xalq arasında "cənnət meyvəsi" adlandırılan almanın insan sağlamlığına məlum olmayan unikal təsirləri barədə tibb dünyasını hərəkətə gətirən mühüm elmi hesabatlar yayılıb. Müasir laboratoriyalarda aparılan son araşdırmalar bu sadə meyvənin insan orqanizmini təpədən dırnağa qədər yeniləmək gücünə malik olduğunu ortaya qoyub.

Bakıvaxtı.az xəbər verir ki, beynəlxalq səhiyyə ekspertləri və dietoloqlar gündəlik rasiona cəmi bir ədəd alma əlavə etməyin xroniki xəstəliklərdən qorunmaqda ən effektiv təbii üsul olduğunu bəyan ediblər.

Elmi araşdırmalar sübut edir ki, almanın tərkibindəki zəngin liflər, xüsusilə də qabığında və lətində tapılan "pektin" maddəsi həzm sistemini tamamilə tənzimləyir, bağırsaqdakı xeyirli bakteriyaları bəsləyərək immun sistemini maksimum dərəcədə gücləndirir.

Dünya alimlərinin rəsmi hesabatlarında almanın insan bədəninə göstərdiyi digər şok faydalar bu şəkildə sıralanır:

Ürək və damarların təmizlənməsi: Almanın tərkibindəki güclü antioksidantlar və polifenollar qandakı pis xolesterinin səviyyəsini aşağı salır, damar sərtliyinin qarşısını alır və insult (beyin qanaxması) riskini təxminən 20% azaldır.

Şəkərli diabetə qarşı təbii qalxan: Aşağı qlisemik indeksə malik olan bu meyvə qan şəkərini qəfil qaldırmır. Həftədə müntəzəm olaraq bir neçə ədəd alma yemək Tip 2 şəkərli diabetin yaranma riskini rəsmən 28%-ə qədər aşağı salır.

Azheirmir və yaddaş zəifliyinə son: Almanın ləti və təbii şirəsi beyində neyromediatorların səviyyəsini qoruyaraq yaşlaşdıqca yaranan yaddaş itkisinin və Altsheymer xəstəliyinin qarşısını alır.

Çəki nəzarəti və arıqlama: Kalori dəyəri olduqca aşağı olan alma, tərkibindəki yüksək su və lif nisbəti sayəsində uzunmüddətli toxluq hissi yaradaraq artıq çəkidən xilas olmağa birbaşa kömək edir.Mütəxəssislər xüsusi olaraq xəbərdarlıq edirlər ki, almanın tərkibindəki ən faydalı elementlər və vitaminlər məhz onun qabıq hissəsində cəmləşib.

Bu səbəbdən meyvəni kimyəvi qatqılardan təmizləmək üçün yaxşıca yuduqdan sonra mütləq qabıqlı şəkildə istehlak etmək tövsiyə olunur. Hər gün bir alma yemək bədənin xərçəng hüceyrələrinə qarşı müqavimətini artırmaqla yanaşı, ağciyərləri də astma kimi ağır tənəffüs yolu xəstəliklərindən qoruyur.

Seçilən
21
21
bakivaxti.az

10Mənbələr