AZ

ABŞ-İran sazişində strateji dalan: Nüvə bombası xammalı sövdələşmədən kənarlaşdırıldı

Ağ Ev ilə Tehran arasında Yaxın Şərqdəki hərbi gərginliyi donduracaq 60 günlük müvəqqəti sülh memorandumunun elan olunmasına saatlar qalmış, qlobal təhlükəsizlik sistemini sarsıdacaq və İsrailin narahatlığını tamamilə haqlı çıxaracaq növbəti şok pərdəarxası detal ifşa olunub. Sülh layihəsinin ən kritik və mübahisəli bəndi olan nüvə silahı xammalı ilə bağlı tərəflərin razılığa gələ bilmədiyi məlum olub.

Musavat.com xəbər verir ki, dünyanın ən nüfuzlu xəbər agentliklərindən olan "Reuters" diplomatik qaynaklara istinadən yaydığı sensasion məlumatda İranın öz daxilindəki yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını ölkə hüdudlarından kənara çıxarmaqdan və beynəlxalq nəzarətə verməkdən qəti şəkildə imtina etdiyini bildirib. Agentliyin yüksək vəzifəli rəsmi mənbəsi bəyan edib ki, hazırda elan olunacaq birsəhifəlik müvəqqəti sazişdə uran ehtiyatlarının taleyi ilə bağlı heç bir hüquqi öhdəlik yer almayıb.

"Reuters" agentliyinə danışan rəsmi mənbə mövzu ilə bağlı bu şok detalları diqqətə çatdırıb: "İranın ölkədən çıxarılmalı olan yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatları barəsində hazırkı mərhələdə heç bir razılaşma əldə olunmayıb. Nüvə proqramının bu ən strateji və həlledici hissəsi cari müvəqqəti sövdələşmənin predmeti deyil. Nüvə məsələsi yalnız tərəflər arasında 60 günlük atəşkəs dövründə aparılacaq və yekun, genişhəcmli sülh sazişinin imzalanmasını nəzərdə tutan rəsmi danışıqlar prosesində ayrıca masaya yatırılacaq".

Musavat.com

Seçilən
11
8
musavat.com

6Mənbələr