AZ

Niko O’Rayli Premyer Liqanın ən yaxşısı seçildi! – ARENA.AZ

“Mançester Siti”nin mərkəz yarımmüdafiəçisi Niko O’Rayli İngiltərə Premyer Liqasının 2025/26 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

21 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 34 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.

Niko O’Rayli “Mançester Siti”nin öz yetirməsidir. O, 2023-cü ildən əsas komandada forma geyinməyə başlayıb. Niko cari mövsümdə 53 oyuna çıxıb, 9 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun “şəhərlilər”in əsas komandasında ümumi göstəriciləri isə belədir: 74 oyun, 14 qol və 8 məhsuldar ötürmə.

İngiltərənin U-15, U-16, U-17, U-18, U-20 yığmalarında forma geyinib, hazırda isə əsas milliyə dəvət alır. O, 2025-ci ildə debüt etdiyi millinin heyətində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
12
8
arena.az

10Mənbələr