AZ

Bir ildə 43 milyon dollar qazanım, amma problemləri bitmir: Çatdıra bilmirəm

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Məşhur aktrisa Skarlett Yohansson zəngin və məşhur olmasına baxmayaraq, bir çox işləyən anaların yaşadığı problemlərlə üzləşdiyini etiraf edib.Demokrat.az xəbər verir ki, “Forbes”un siyahısına əsasən, aktrisa yalnız 2025-ci ildə 43 milyon dollar qazanıb. Buna baxmayaraq, Yohansson qatıldığı proqramda evində hər şeyə çatdıra bilmədiyini və həyatında daim hansısa çatışmazlıq hiss etdiyini bildirib.2020-ci ildə “Saturday Night Live” proqramının ssenaristlərindən Kolin Jost ilə ailə quran 41 yaşlı Skarlett Yohansson “CBS” kanalının “Sunday Morning” proqramına müsahibə verib.Aktrisa iş və şəxsi həyat balansının tam şəkildə mümkün olmadığını qəbul etdiyini deyib.“Məncə, iş və həyat balansının əslində mövcud olmadığını qəbul etmək ona yaxınlaşmağın ilk addımıdır”, deyə Yohansson bildirib.O əlavə edib ki, insan həyatında hər zaman hansısa çatışmayan məqam qalır:“İnsan özünə qarşı daha mərhəmətli olmalıdır. Mən də özümə qarşı daha anlayışlı olmağı öyrəndim”.Skarlett Yohansson məşhur və varlı olsa da, nəticə etibarilə işləyən bir anadır. O, bir tərəfdən Kolin Jost ilə evliliyindən dünyaya gələn oğlu Kosmoya, digər tərəfdən isə keçmiş həyat yoldaşı Romen Doriakdan olan qızı Rouz Dorotiyə analıq edir.Bununla yanaşı, aktrisa aktyorluq fəaliyyətini davam etdirir. O, ötən il həm də öz dəriyə qulluq brendini yaradıb və həmin layihə üzərində çalışır.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
50
demokrat.az

10Mənbələr