AZ

Berdıyev şəhidləri azərbaycanlı futbolçulara nümunə göstərdi - Video

style='margin-bottom:10px;'>

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan millisinin futbolçuları ilə bağlı bəzi diqqətçəkən açıqlamalar verib.

QOL.az xəbər verir ki, türkmən əsilli rusiyalı mütəxəssis “CBC Sport” kanalına müsahibəsində milli üçün oynayan futbolçuların meydanda can qoymalı olduğunu söyləyib. Bu zaman o, Azərbaycanda Vətən Müharibəsi zamanı şəhid olan qəhrəman oğlanları nümunə göstərib.

Berdıyev bildirib: “Mən müxtəlif şəhərlərdən tez-tez keçirəm. Yolboyu Azərbaycan üçün həlak olan şəhidlərin portretlərini görürəm. Onlar ölkə, bayraq, himn üçün canlarından keçiblər. Mən meydanda hər epizod üçün can qoymayan futbolçunu heç cür qəbul edə bilmirəm. Bunu klubda etməyə bilərsən. Amma himni eşidirsənsə, öz ölkən üçün oynayırsansa, sən meydanda həlak olmalısan. Nəticənin necə olacağını yalnız Allah bilir. Amma Allah, ölkə, azarkeş qarşısında nəsə etdiyin üçün utanmamalısan. Təəssüf ki, mən burada əksini görürəm. Mən bunu öz uşaqlarımıza demişəm ki, belə yanaşmaq olmaz. 

Ən təhıükəlisi bilirsiniz nədir? Mən hansı yaş qrupu olduğunu deməyəcəyəm. Komanda böyük hesabla uduzur, öz ölkəsinin yığması üçün oynayan futbolçu isə meydana daxil olanda sanki piyada gəzir. Laqeydlik göstərir. Bu mentallığı aşağı yaşdan dəyişmək lazımdır. Vətən üçün, ölkən üçün ölmək lazımdır. Meydanda həlak olmaq lazımdır. O portetlərdə gördüklərimiz kimi…”

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Qol.az (@qolaz)

Seçilən
18
3
teleqraf.com

4Mənbələr