AZ

Rusiya Kiyevi bu raketlə VURUB

Rusiya Silahlı Qüvvələri mayın 24-nə keçən gecə Kiyev vilayətinə RS-26 "Rubej" ("Oreşnik") orta mənzilli ballistik raketi ilə zərbə endiriblər.

Redaktor.az "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat bildirib.

Onun sözlərinə görə, rusiyalılar raketin buraxılışını Kapustin Yar poliqonundan həyata keçiriblər. "Oreşnik" Bila Tserkva rayonuna düşüb.

Xatırladaq ki, mayın 24-nə keçən gecə Rusiya Kiyevə və Kiyev vilayətinə ballistik raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Raket qalıqları paytaxtın bir neçə rayonuna düşüb, dağıntılar, yaralılar və həlak olanlar var. Həmçinin Kiyev vilayətində də xəsarət alanlar və dağıntılar barədə məlumat verilir.

Seçilən
30
1
redaktor.az

10Mənbələr