AZ

Azərbaycanda yalnız kişilər ömürlük həbs edilir

Azərbaycan qanunvericiliyində kimlərin hansı hallarda ömürlük həbs cəzasına məhkum edildiyi dəqiq təsbit olunub.

Cinayət Məcəlləsinin 57-ci maddəsində qeyd olunur ki, ömürlük azadlıqdan məhrumetmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş, xüsusilə, ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük azadlıqdan məhrumetmə qadınlara, cinayət törədərkən on səkkiz yaşı tamam olmamış şəxslərə, habelə hökm çıxarılanadək altmış beş yaşına çatmış kişilərə şamil edilmir.

Bundan başqa, qeyd olunur ki, məhkəmə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrumetmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrumetmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər./Oxu.Az

Seçilən
2
7
musavat.com

8Mənbələr