AZ

Şairə Firəngiz Əhmədova balaca oxucularını sevindirdi

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının üçüncü günündə şairə Firəngiz Əhmədovanın yeni kitabının təqdimatı keçirilib.Bizim.Media xəbər verir ki, 7 şeir kitabının müəllifi olan F.Əhmədovanın son kitabı azyaşlı oxucuların könlüncə olub.

 

MÖVZU İLƏ BAĞLI: Qazaxıstan – Qırğızıstan ədəbiyyatı müzakirə olundu - FOTO

Belə ki, “Balaca ürək, böyük xəyallar” deyən müəllif kiçik oxucuları yeni şeirləri ilə sevindirib.

Şairin yaradıcılığı əsasən lirik şeirlərdən ibarətdir. O, “Sənsizliyin çəkisi”, “Yolların qəlbimin içindən keçir” kitabları ilə daha əvvəl oxucuların görüşünə gəlib. Bununla yanaşı, vətənpərvərlik mövzusu da müəllifin qələmindən yan keçməyib.F.Əhmədova Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür. Bir neçə fəxri fərmana, ədəbi mükafata layiq görülüb.Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, "İnam" Mühafizə Şirkəti, "Mədəniyyət" kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.Şəfiqə Şəfa, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
18
bizim.media

10Mənbələr