AZ

"Sabah"ın Çempionlar Liqasında sonuncu potensial rəqibi də bəlli oldu

“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqibləri bəlli olub. 

Sportal.az xəbər verir ki, ölkə çempionunun son potensial rəqibi TNS (Uels) komandasıdır.

Beləliklə, püşkatmada səpələnməmişlər arasında yer alacaq "Sabah" 14 potensial rəqibinin hamısı müəyyənləşib: 

"Şemrok Rovers" (İrlandiya), "KuPS" (Finlandiya), "Drita" (Kosovo), "Linkoln" (Cəbəllütariq), "Boraç" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat" (Qazaxıstan), "Universitatya Krayova" (Rumıniya), "Larne" (Şimali İrlandiya), "Riqa" (Latviya), " Klaksvik" (Farer adaları), "Flora" (Estoniya), "Petrokub" (Moldova) və TNS (Uels).

Çempionlar Liqasının birinci seçmə mərhələsinin püşkatması 16 iyunda keçiriləcək və oyunlar 7-8 iyul və 14-15 iyul tarixlərində keçiriləcək.

 

saytlarin hazirlanmasi

Seçilən
53
6
sportal.az

10Mənbələr