AZ

Barselona ÇL in rekordçusunu yenib trebl etdi

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Qadınlararası Çempionlar Liqasının finalında Avropa futbolunun iki "ağır artileyası" qarşılaşıb. 

Fanat.Az xəbər verir ki, Osloda keçirilən həlledici iyunda "Barselona" turnirin rekordçusu "Lion"u 4:0 hesabı ilə məğlub edərək titula sahib çıxıb. 

Çempionlar Liqasındakı qələbə "Barselona" üçün dominant mövsümün son akkordu olub. Belə ki, komanda İspaniya Liqasını və Kral Kubokunu da qazanmaqla trebl edib. 

"Lion"a gəldikdə, final Fransa komandası üçün fəlakətlə nəticələnib. 0:4 hesablı məğlubiyyət klubun Qadınlar Çempionlar Liqasında indiyə qədər uğradığı ən böyük məğlubiyyət olub. Komanda sonuncu dəfə 2022-ci ildə məhz "Barselona"ya finalda qalib gələrək qitənin ən güclüsü adını geri qaytara bilməyib.

Xatırladaq ki, 18 dəfə baş tutan Çempionlar Liqasında "Lion" 8 dəfə qalib olub. "Barselona" isə 4-cü qitə qalibiyyətini əldə edib.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
fanat.az

1Mənbələr