AZ

Kiyevdəki Azərbaycan səfirliyi vuruldu

Rusiya ordusunun Ukraynaya həyata keçirdiyi raket və dron hücumu nəticəsində Azərbaycanın Kiyevdəki səfirlyinin binasına zərər dəyib.
ONN media xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin yerləşdiyi Şevçenko rayonu ərazisinə atılan raketlərdən bəziləri diplomatik nümayəndəlik binasının yaxınlığına düşüb.
Zərbə nəticəsində səfirlik binasının pəncərələri sınıb.
Qeyd edək ki, paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. 14 noyabr 2025-ci ildə həyata keçirilən hücumlarda səfirliyə dəymiş ziyan miqyasına görə daha böyük və ciddi olub. Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota verib
Seçilən
15
13
onn.az

10Mənbələr