AZ

Həyatın paradoksu ondadır ki, dünya tam ədalətli olmayıb və heç vaxt da olmayacaq

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İnsan həyatının ən mürəkkəb suallarından biri məhz budur: insanın əsas məqsədi ədalətdirmi, yoxsa xoşbəxtlik?Fəlsəfə tarixində bu sual əsrlərlə müzakirə olunub. Çünki insan yalnız bioloji varlıq deyil. O, vicdanı, yaddaşı, mənəviyyatı və daxili məsuliyyəti olan bir varlıqdır. Buna görə də insanın xoşbəxtliyi sadəcə rahatlıqdan ibarət olmur. Bəzən ən rahat yaşayan insan belə daxilən boşluq hiss edir. Çünki ruh yalnız maddi rahatlıqla deyil, mənəvi tarazlıqla yaşayır.Ədalət isə insanın daxilindəki nizam hissidir. İnsan vicdanən hiss edir ki, haqsızlıq olan yerdə tam sakitlik mümkün deyil. Bu səbəbdən bir çox filosoflar hesab edirdi ki, həqiqi xoşbəxtlik ədalətdən ayrı yaşaya bilməz. Platon yazırdı ki, ədalət ruhun harmoniyasıdır. Əgər cəmiyyət ədalətsizdirsə, insanın daxilində də görünməyən bir narahatlıq yaranır. Çünki insan yalnız özü üçün yaşamır, o həm də gördüyü dünyanın mənəvi yükünü daşıyır.Lakin həyatın paradoksu ondadır ki, dünya tam ədalətli olmayıb və yəqin ki, heç vaxt da tam olmayacaq. Müharibələr, xəyanətlər, sosial bərabərsizlik, insan hüquqlarının pozulması , bütün bunlar göstərir ki, insan daim natamam bir dünyanın içində yaşayır. Burada əsas sual yaranır: belə bir dünyada xoşbəxt olmaq mənəvi xəyanətdirmi?Məncə, yox.Əgər insan yalnız dünyanın qaranlığına baxsa, o zaman heç vaxt yaşaya bilməz. İnsan bəzən kiçik işıqları qorumaq üçün xoşbəxt olmalıdır. Çünki xoşbəxtlik bəzən etiraz formasıdır. Ədalətsiz dünyanın insan ruhunu tam məhv etməsinə icazə verməməkdir. Ancaq burada mühüm fərq var: vicdansız xoşbəxtlik və vicdanlı xoşbəxtlik.Vicdansız xoşbəxtlik başqasının ağrısını görmədən yaşamaqdır. Vicdanlı xoşbəxtlik isə dünyanın ağrısını anlayaraq yenə də insanlığını itirməməkdir.Əslində insanın məqsədi yalnız xoşbəxt olmaq da deyil, yalnız ədalət uğrunda yanmaq da deyil. İnsan həyatının mənası bəlkə də bu ikisi arasında balans tapmaqdır. Çünki yalnız ədalət uğrunda yaşayan insan zamanla daşlaşa bilər, yalnız şəxsi xoşbəxtlik üçün yaşayan insan isə mənəvi olaraq boşala bilər.Bəlkə də kamillik insanın belə bir dünyada həm vicdanını qoruyub, həm də ruhunu öldürmədən yaşaya bilməsidir.Çünki bəzən insanın ən böyük qələbəsi dünyanı dəyişmək deyil, dünyanın onu dəyişməsinə imkan verməməsidir.David SeliverstovQlobal Həmrəylik Şurasının Qafqaz üzrə nümayəndəliyinin rəhbəri, beynəlxalq hüquq müdafiəçisi, Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
60
newscenter.az

1Mənbələr