AZ

"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR

ABŞ və İran Hörmüz boğazının açılmasını və Tehrana qarşı sanksiyaların qismən yumşaldılmasını nəzərdə tutan 60 günlük atəşkəs sazişini imzalamağa yaxındır.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalına adı açıqlanmayan amerikalı rəsmi bildirib.

Layihəyə əsasən, İran Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçiliyi təmin etmək və dəniz minalarını təmizləməyi, ABŞ isə İran limanlarının blokadasını ləğv etməyi və neft ixracı üçün sanksiyalardan istisnalar tətbiq etməyi öhdəsinə götürür.

Sənəd həmçinin İranın nüvə silahı hazırlamamaq və uranın zənginləşdirilməsinin dayandırılması, habelə yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması üzrə danışıqlara başlamaq öhdəliyini ehtiva edir. Vaşinqtondan bildirilib ki, sanksiyaların daha sonra ləğv edilməsi və İran aktivlərinin dondurulmasına son qoyulması yalnız Tehranın öz öhdəliklərini yerinə yetirməsi şərtilə mümkün olacaq.

Mənbələrin məlumatına görə, saziş bazar günü elan oluna bilər, lakin hələlik yekun olaraq razılaşdırılmayıb.

Layihə həmçinin İsrail və Livanın radikal "Hizbullah" hərəkatı arasında müharibənin dayandırılmasını nəzərdə tutur.

Danışıqlarda əsas vasitəçi qismində Pakistan çıxış edir, lakin məsləhətləşmələrdə Səudiyyə Ərəbistanı, Qətər, Misir və Türkiyə də iştirak edir.

Seçilən
21
3
aznews.az

10Mənbələr