AZ

Levandovski Barselona nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski klub tarixinin 10 ən yaxşı bombardiri sırasına daxil olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bunu La Liqanın son turunda "Valensiya" (1:3) ilə görüşdə reallaşdırıb.

Levandovski qarşılaşmanın 61-ci dəqiqəsində fərqlənib. Bu qol təcrübəli oyunçunun "Barselona" forması ilə bütün turnirlərdə vurduğu 120-ci qol olub. Hücumçu bu nəticəni cəmi 193 oyuna gerçəkləşdirib.

Qeyd edək ki, R.Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
cebheinfo.az

4Mənbələr