AZ

Verhoven revanş istəyir: Usikə meydan oxudu

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Boks üzrə ağır çəkidə WBC kəməri uğrunda döyüşdə Aleksandr Usikə məğlub olan Riko Verhoven revanş istəyib.

İdman.Biz xəbər verir ki, niderlandlı döyüşçü Misirin Qiza şəhərində baş tutan titul qarşılaşmasından sonra sosial şəbəkə hesabında paylaşım edib. O, döyüşün 11-ci raundun son saniyəsində dayandırılmasına eyham vuraraq hakim qeydlərinə diqqət çəkib.

“Emosiyaları kənara qoyun. Sadəcə hakim qeydlərinə baxın. 12-ci və son raunda cəmi bir saniyə qalırdı. İrəli gedirik və daha güclü oluruq!” - Verhoven yazıb.

O, eyni zamanda ukraynalı rəqibinə hörmətini ifadə edib və revanş çağırışı edib:

“Aleksandr Usikə hörmət edirəm. Səninlə eyni rinqi bölüşmək mənim üçün şərəf idi. Gəlin revanş edək!”

Qeyd edək ki, Usik Verhoveni 11-ci raundun 2:59-cu dəqiqəsində texniki nokautla məğlub edərək WBC titulunu qoruyub. Döyüşün həmin anına qədər iki hakim görüşü heç-heçə, bir hakim isə Verhoveni üstün görüb.

Bu qələbə Usikin peşəkar karyerasında 25-ci uğuru olub. Ukraynalı boksçu peşəkar rinqdə məğlubiyyətsiz seriyasını davam etdirir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
icma.az

1Mənbələr