Moldova kubokunun finalında “Şerif”in “Zimbru” üzərində qələbəsindən sonra “Qarabağ”ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki son potensial rəqibi də müəyyənləşib.
Ağdam təmsilçisi Slovakiyanın “Jilina” klubu ilə üz-üzə gələ bilər.
Qurban Qurbanovun komandası püşkatmada səpələnmişlər sırasında yer alacaq.
“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqibləri bunlardır:
“Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universitatya Kluj” (Rumıniya), “Alüminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya)
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da keçiriləcək.
Bir gün sonra isə 2-ci təsnifat mərhələsinin püşkatması baş tutacaq.
“Qarabağ” həmin mərhələdə də səpələnmişlər arasında olacaq.
Komandanın mümkün rəqiblərindən artıq 3-ü bəllidir: “Tvente” (Niderland), “Tromse” (Norveç) və “Hammarbü” (İsveç). (Haqqın.az)