AZ

3 il əvvəl Çempionlar Liqasında oynamışdılar Aşağı liqaya düşdülər

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

3 il əvvəl Çempionlar Liqasında oynamışdılar - Aşağı liqaya düşdülər

Xəbər verdiyimiz kimi, La Liqada 2025/2026 mövsümünün sonunda Sequndaya yuvarlanan komandalar bəlli olub.

QOL.az-ın məlumatına görə, sonuncu - 38-ci turda “Malyorka” “Oviedo”nu 3:0 hesabı ilə məğlub etsə də, bu qələbə elitadakı yerini qorumaq üçün kifayət etməyib. Mövsümü 29 xalla sonuncu – 20-ci pillədə başa vuran “Oviedo”, 41 xalla 19-cu olan “Jirona” və 42 xalla 18-ci sırada qərarlaşan “Malyorka” La Liqanı tərk edib.

Ən böyük məyusluq isə “Jirona” üçün yaşanıb. Kataloniya təmsilçisi hələ 2023/24 mövsümündə 81 xalla La Liqada 3-cü olmuş, ardından Çempionlar Liqasında çıxış etmişdi. Lakin bu mövsüm komanda uğursuz start verib, uzun müddət qələbə qazana bilməyib. Sonradan təhlükəli zonadan uzaqlaşsa da, mövsümün sonuna doğru yenidən eniş yaşayıb.

“Jirona” üçün həlledici məqam 8 oyunluq qələbəsiz seriya olub. Son turda komandaya “Elçe” üzərində qələbə lazım idi, amma görüş 1:1 hesabı ilə yekunlaşıb. Maraqlıdır ki, məğlub olacağı halda “Elçe”nin özü də aşağı liqaya düşə bilərdi.

Hazırda “Jirona”da gələcəklə bağlı qeyri-müəyyənlik hökm sürür. Yerli medianın məlumatına görə, baş məşqçi Miqel Sançez “Ayaks”ın baş məşqçisi ola bilər. Komandanın aparıcı oyunçularından Arnau Martinez və İvan Martinin də yayda klubu tərk etməsi gözlənilir.

Yeni mövsümdə isə Sequndadan La Liqaya “Rasinq”, “Deportivo” və “Almeriya” yüksələcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
qol.az

2Mənbələr