AZ

Türkiyədə güclü zəlzələ olub

Türkiyədə

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Türkiyənin Adana şəhərinin Saimbəyli rayonunda gecə saat 04:26-da 4,9 bal gücündə zəlzələ baş verib.Ulusum.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarəedilməsi İdarəsi məlumat yayıb.Qeyd olunub ki, yeraltı təkanların episentri Saimbəyli rayonunda qeydə alınıb. Zəlzələnin 8,6 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib."Kahramanmaraş, Osmaniye, Kayseri və Niğde əyalətlərində də hiss olunan 4,9 bal gücündə zəlzələdən sonra hazırda heç bir mənfi təsir müşahidə olunmayıb. Sahə qiymətləndirmə işləri davam edir. Təsirə məruz qalan vətəndaşlara ən xoş arzularımızı çatdırırıq", - deyə məlumatda qeyd olunub.

Diqqət Çəkənlər

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

WUF13 Rekord sayda iştirakçı və tərəfdaşın iştirakı və Bakı Fəaliyyətə Çağırışın qəbul edilməsi ilə yadda qalıb

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində

Seçilən
21
7
ulusum.az

10Mənbələr