AZ

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Azərbaycanın

İlhamə

Müəllif

İlhamə Vəliqızı

Azərbaycanın İranın Təbriz şəhərindəki baş konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranov yol qəzasında həlak olub.Ulusum.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial media hesabında yerləşdirilən məlumatda bildirilib.“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki baş konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olması xəbəri bizi dərindən sarsıtdı.Bu ağır gündə mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.Allah rəhmət eləsin!”, - deyə məlumatda qeyd edilib.

Diqqət Çəkənlər

Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həlak olub

Seçilən
22
29
ulusum.az

10Mənbələr