AZ

Polşanın Baş naziri təcili hökumətin iclasını çağırıb

Polşanın Baş naziri Donald Tusk, prezident Karol Navrotskinin ailəsinin Qdanskdakı mənzilində baş verən yanğın barədə yalan məlumatdan sonra 24 may səhəri üçün təcili hökumətin iclasını çağırıb.

"Far.Az"un məlumatına görə, bu barədə Polşa hökumətinin rəhbəri "X" sosial şəbəkə hesabında yazıb.

Tuskun sözlərinə görə, yanğınsöndürmə xidmətinə yanğınla bağlı zəng daxil olub və bunun "növbəti bir telefon təxribatı" olduğu ortaya çıxıb.

Baş nazir nazirlər və kəşfiyyat orqanları ilə daim əlaqə saxladığını qeyd edib. O, həmçinin prezidentə həmrəylik sözlərini çatdırdığını da söyləyib. Tusk vurğulayıb ki, təxribatçıların bu cür hərəkətləri dövlət təhlükəsizliyinə qarşı yönəlib.

Seçilən
73
far.az

1Mənbələr