AZ

Dursun Özbek yenidən “Qalatasaray”ın prezidenti seçilib

“Qalatasaray”da keçirilən prezident seçkisində yeganə namizəd olan Dursun Özbek yenidən klub prezidenti seçilib.

90deqiqe.Az xəbər verir ki, o, sarı-qırmızılı klubu növbəti 2 il ərzində idarə edəcək.

Klubun 105-ci dövr idarə heyətini müəyyənləşdirən növbəti seçki ümumi yığıncağı “Qalatasaray” Liseyində baş tutub. Yetərsay tələb olunmadan keçirilən yığıncaqda səsvermə saat 10:00-da başlayıb, 15:00-da başa çatıb.

Səsvermə hüququ olan təxminən 10 min üzvdən 2 080-i seçkidə iştirak edib. Üzvlər liseyin siniflərində qurulan 12 sandıqda səs veriblər.

Seçkiyə tək namizəd kimi qatılan hazırkı prezident Dursun Özbek verilən 2 080 səsdən 1 780-ni qazanaraq yenidən 2 il müddətinə prezident seçilib.

Seçilən
33
90deqiqe.az

1Mənbələr