AZ

Lavrov: Qərb Rusiyanın müttəfiqlərini, o cümlədən Ermənistanı Moskvadan  uzaqlaşdırmağa çalışır...

Rusiya XİN başçısı bildirib ki, Qərb qonşu ölkələri Moskvanın təsir dairəsindən çıxarmaq və Rusiyaya təzyiq göstərmək məqsədi güdür...

Poliqon xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiyanın müttəfiqlərini Moskvadan uzaqlaşdırmağa çalışdığını, bu prosesə Ermənistanın da cəlb edilməsinin hədəfləndiyini bildirib.

Nazir bu barədə Xarici və Müdafiə Siyasəti Şurasının illik assambleyasında çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Qərb Rusiyanın yaxın tərəfdaşlarını və qonşularını Moskvanın təsirindən çıxarmaq istiqamətində ardıcıl siyasət yürüdür.

“Qərb bizim müttəfiqlərimizi parçalamağa, onları bizdən uzaqlaşdırmağa çalışır. Bu proses ilk növbədə qonşularımızdan başlayır. Onlar bunu əvvəllər Gürcüstan və Moldovada etdilər, indi Ukraynada həyata keçirirlər, hazırda isə Ermənistanı da eyni yanlış məntiqə cəlb etməyə çalışırlar”, deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri vurğulayıb ki, Qərb dövlətlərinin bu siyasətdə əsas məqsədi Rusiyaya maksimum təzyiq göstərmək və Moskvanın maraqlarına zərbə vurmaqdır. Onun fikrincə, region ölkələrinin geosiyasi seçimlərinə təsir göstərmək cəhdləri yalnız bir məqsədə, “Rusiyaya mümkün qədər çox ağrı verməyə” hesablanıb.

Lavrov çıxışında həmçinin qeyd edib ki, Moskva regionda müttəfiqlik münasibətlərinin qorunmasını vacib hesab edir və postsovet məkanında baş verən geosiyasi prosesləri diqqətlə izləyir.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr